Mourinyo: "Qalatasaray"la oyun 10:0 olsun istəyirəm"

21:46 | 24.02.2014
Mourinyo: "Qalatasaray"la oyun 10:0 olsun istəyirəm"

Mourinyo: "Qalatasaray"la oyun 10:0 olsun istəyirəm"

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi danışıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxxəssis Britaniya mətbuatına açıqlamasında İstanbuldakı görüşdə hesabın 10:0 olmağını istədiyini bildirib.

"İstanbulda hesabın 10:0 olmağını istəyirəm. Ötən il səfərdə məğlub olmuşduq. "Qalatasaray" bizə çətin anlar yaşatmışdı. Stadion çox səs-küylü olur. "Qalatasaray" böyük futbolçulara sahib komandadır. Didye Droqbaya gəlincə o "Çelsi"nin əfsanəsidir. Onunla yaxın dostam. Ancaq meydanda dost deyilik". 

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" oyunu fevralın 26-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM