"Çelsi"nin baş məşqçisi Joze Mourinyo imicini dəyişib.Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, saçlarını xeyli qısaldan təcrübəli mütəxəssis bərbərə artıq pul verməmək üçün saçlarını özünün kəsdiyini deyib: "Torresdən saçkəsən maşınını aldım və güzgünün qarşısına keçdim. Öz saçlarımı kəsdim. Həm yaxşı oldu, həm də pulsuz. Həyat yoldaşım da yeni saç düzümünü bəyəndi. Başqaları mənim etdiyimi edə bilməz, amma mən bunu bacardım. İki aydan sonra yenə saçlarım uzanacaq".Qeyd edək ki, Mourinyo 2006-ci ildə də saçlarını xeyli kəsdirmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !