Ümrə ziyarətinin qiyməti açıqlandı

19:35 | 05.12.2016
Ümrə ziyarətinin qiyməti açıqlandı

Ümrə ziyarətinin qiyməti açıqlandı

Azərbaycandan Ümrə (kiçik Həcc) ziyarətinə getmək istəyənlər üçün üç müxtəlif məbləğdə qiymət müəyyənləşdirilib.

Bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Hacı Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, bu il Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəməli olacaqlar:

"İndi sənədlərin qəbuluna başlanılıb və ilk qrup düzələn kimi ziyarətlər reallaşacaq. Hər qrupda 25-30 nəfər olur. Ziyarət üçün nəzərdə tutulan qiymətlər oradakı hotellərin, xərclərin əsasında müəyyənləşir. Ümrə ziyarəti 10 gün müddətində başa vurulur. İkinci dəfə Ümrə ziyarətinə gedəcək olanlar 530 dollar əlavə vəsait ödəyəcəklər. Sənəd verənlər arasında ikinci dəfə Ümrə ziyarətinə getmək istəyənlər də var”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb