• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Ömrü uzadan dörd idman növü

Ömrü uzadan dörd idman növü
23.02.2020 10:36
Bir çoxları idmanla məşğul olmur və yeməyinə fikir vermir, spirtli içki və siqaretlərdən istifadə edirlər, ancaq buna baxmayaraq, genlərinin hesabına uzun ömür yaşayırlar.
Lakin əksər hallarda aktiv həyat tərzi və düzgün qidalanma orqanizminizə daha böyük fayda gətirərək, uzun ömür yaşamağınıza zəmanət verər.
Birminhem Universitetinin və Kral kollecinin alimləri tədqiqat apararaq hansı idman növünün yaşlanmanı zəiflətdiyini müəyyən ediblər.


Tədqiqat nəticəsində məlum olub ki, velosport qocalmanı ləngidən idman növlərindən biridir. Aydın  olub ki, yaşlandıqca velosportla müntəzən məşğul olan şəxslərdə piy qatı, qanlarında isə xolesterinin səviyyəsi artmır, kişilərdə isə testosteronun miqdarı yüksək olur.

Həmçinin bəzi alimlər apardıqları tədqiqatları sayəsində qənaətə gəliblər ki, sağlamlıq üçün ən faydalı idman növü üzgüçülükdür.
Araşdırmalar göstərir ki, bu idman növü ürək-damar xəstəliklərindən ölüm ehtimalını 30-40% azalda bilir.
Lakin alimlər xəstəliklərin riskini azaldan və həyatı uzada bilən bu idman növlərinə daha ikisini də əlavə edirlər:

Tennis
Müxtəlif ölkələrin alimləri bir neçə il ərzində tədqiqat apararaq müəyyən ediblər ki, tennis ürək-damar xəstəliklərindən ölüm riskini 56% azaltmağa qadirdir.

Aerobika
Alimlər bura rəqs, gimnastika, asta qaçışı və s.aid edirlər. Alimlər hesab edirlər ki, bu hərəkətlər ürək-damar xəstəliklərindən ölüm riskini 36% azalda bilirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol