Ölkəyə gedərkən dini materiallardan istifadə etmək olmaz
Özbəkistanda bir nəfər mobil telefonunda Qurani-Kərim olduğu üçün cəzalandırılıb.
ANS PRESS-in məlumatına görə, Özbəkistanın paytaxtı Daşkənddə tacikistan vətəndaşı olan Zübeyd Mirzərəhimov adlı şəxs mobil telefonunda Qurani-Kərim, dini mətnlər, moizələr olduğu üçün 5 il həbs cəzasına məhkum edilib.
Həbs edilən Zübeydin ailəsi daxil olmaqla, heç kimlə görüşməyinə icazə verilmir.
Qeyd edək ki, ölkə qanunlarına əsasən müsəlman, ya da xristian olmasına baxmayaraq xarici vətəndaşların istər yazılı, istərsə də rəqəmsal olaraq dini materiallardan istifadə eməsinin qadağan olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !