"Bundan əvvəlki seçiklərdə dəvət göndərdiyimiz təşkilatların siyahıları var. Təxminən yenidən 30-a yaxın təşkilata dəvət göndərəcəyik”, - Pənahov bildirib.
Bununla yanaşı MSK rəhbəri hansı təşkilatlara müraciət ediləcəyini və Avropa institutlarının da dəvət alıb almayacağını bildirməyib.
O, həmçinin bildirib ki, seçki məntəqələrində veb-kameraların quraşdırılmasına, işlək hala gətirilməsinə başlanmalıdır.
"Prezident seçkilərində veb-kameralarla bağlı heç bir problem olmadı. Mən qeyd etdim ki, bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır", - Pənahov vurğulayıb.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !