MSK üç siyasi partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb

16:35 | 02.07.2024
MSK üç siyasi partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb

MSK üç siyasi partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb

Mərkəzi Seçki Komissiyası Ağ Partiya, REAL partiyası və Vətəndaş Həmrəliyi Partiyasının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.  Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
 
Vətəndaş Həmrəliyi Partiyası 1992 ci il qurulub və sədri Sabir Rüstəmxanlıdır. 

REAL partiyası 2020-ci il yaradılıb. Sədri İlqar Məmmədovdur. 

Ağ Partiya 2020-ci il qurulub. Sədri Tural Abbaslıdır. 

Mərkəzi Seçki Komssiyasının sədri Məzahir Pənahov bütün partiyaları qarşıdan gələn seçkilərdə iştirak etməyə çağırıb.
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə , bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM