Mübahisəli iddialardan əl çəksələr ən qısa zamanda sülh ola bilər - Ölkə lideri

23:01 | 01.08.2023
Mübahisəli iddialardan əl çəksələr ən qısa zamanda sülh ola bilər  - Ölkə lideri

Mübahisəli iddialardan əl çəksələr ən qısa zamanda sülh ola bilər - Ölkə lideri

Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mübahisəli iddialarından çəkinsə, iki ölkə arasında ən qısa zamanda sülh imzalana bilər. Bunu ölkə lideri İlham Əliyev deyib.


"Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”, -  Prezident İlham Əliyev Euronews” telekanalına müsahibəsində deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.


Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.



Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
Gülnar
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti