Beyləqanda 6 otaqlı ev yanıb

Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki,yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
























