Müdafiə Nazirliyi: “Onlar aşağı vəzifəyə keçirilib”

13:10 | 19.08.2015
Müdafiə Nazirliyi: “Onlar aşağı vəzifəyə keçirilib”

Müdafiə Nazirliyi: “Onlar aşağı vəzifəyə keçirilib”

"Cəbhəboyu zonada aparılan son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilmiş xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul olunub”. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur:

"Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdarlıq olunub. 

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək”.

Nazirlik eyni zamanda media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı tövsiyə edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür