Müğənni Rəqsanə Rusiyada saxlanıldığı deyilir - Yenilənib/VİDEO

16:04 | 04.04.2024
Müğənni Rəqsanə Rusiyada saxlanıldığı deyilir - Yenilənib/VİDEO

Müğənni Rəqsanə Rusiyada saxlanıldığı deyilir - Yenilənib/VİDEO

(Yazıya müğəninin qara hərflərlə açıqlaması əlavə edilib)
 
Azərbaycanlı müğənni Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi üzrə saxlanılıb. Bu barədə Rusiyanın teleqram kanalları məlumat yerləşdirib. 

"Müğənni Rusiya Federasiyası Cinayət Məcəlləsinin "rüşvət vermə” və "sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur. Mənbə bildirir ki, məşhur müğənni vətənində dələduzluğa görə axtarışda idi, anası və bacısı isə Türkiyədə qadınlar fahişəliyə məcbur etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub",  -  teleqram kanallar bildirib. 
 
Rəqsənə aprelin 3-də İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə gəlib. O,  2023-cü ildə Qurbanov soyadlı şəxsə və daha iki nəfərə saxta pasport verməkdə ittiham olunan Solntsevo Daxili İşlər Nazirliyinin Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovanın işi üzrə şahid kimi dindirilib. 

Amma məlum olub ki, müğənninin dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasport da saxta şəxsiyyət məlumatları əsasında  hazırlanıb və 2019-cu ildə istintaq altında olan Smirnova tərəfindən verilib. 
 
Müstəntiqlərin fikrincə, Rəqsanə  İsmayılova həmin Qurbanova 650 min rubla yaxın pul köçürüb və o, sübut olunan variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.
 
2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkədən çıxmamaq barədə iltizam ərizəsinə qol çəkmək şərti ilə  azadlığa buraxılıb.
 
Müğənni Rəqsanə sosial media hesabında açıqlama verərək xəbəri təkzib edib. O bildirib ki, saxlanılmayıb və yaxın zamanda Azərbaycana gələcək. 
 
// ]
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb