• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Mühafizə orderi alan şəxslərin sayı bəlli oldu

Mühafizə orderi alan şəxslərin sayı bəlli oldu
25.11.2021 13:48
Məişət zorakılığı ilə əlaqədar 2021-ci il sentyabrın 1-ə  65 nəfərə Mühafizə orderi verilib. Onlardan 5-i uzunmüddətli, 60-ı isə qısamüddətlidir.  Ötən il ilə müqayisədə bu göstəricilər artıb. Bunu Azərbaycan Respublikasının Ədliyyə nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova "25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.

"2019-cu ildə icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə əlaqədar 40 icra sənədi daxil olub, onlardan 2-ə uzunmüddətli, 38-ə isə qısamüddətli, 2020-ci ildə 53 icra sənədindən 2-ə uzunmüddətli, 51-ə isə  qısamüddətli order verilib", -  deyə  nazirlik sözçüsü bildirib. 

Ekspert Abil Bayramov hesab edir ki, Mühafizə orderlərinin müddəti uzadılmalıdır. 

Mühafizə orderdən həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs yararlana bilər. Mühafizə orderi əldə edən şəxs, dəyən maddi, mənəvi, hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.

Mühafizə orderi qısa və uzunmüddətli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır.

Müraciət edildiyi andan 24 saat ərzində bu hadisə araşdırılmalı və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi 30 gün müddətinə qədər verilir. Həmçinin bu order icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.

Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol