Ukraynada rəqs idmanı üzrə beynəlxalq yarışların dəfələrlə qalibi olmuş 20 yaşlı Darya Kurdel vəfat edib.
Bildirilib ki, faciə iyulun 9-da səhər saatlarında Rusiya hərbçilərinin İnqulets mikrorayonunun atəşə tutulması zamanı baş verib. Həmin vaxt Darya və atası idman meydançasında məşq edirlərmiş.
Darya reanimasiya şöbəsində dünyasını dəyişib, atası isə həkim nəzarətindədir.
Daha əvvəl Mariupolda 14 yaşlı ağır atlet Alina Perequdova və onun anası Rusiya hərbçilərinin açdığı atəş nəticəsində həlak olmuşdular.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !