Misirdə yayımlanan "El Elam el Yum” qəzetini keçmiş prezident Məhəmməd Mursinin edam cəzasından qurtulması üçün variantın mümkün olduğunu yazıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qəzet Mursinin Misir vətəndaşlığından imtina etdiyi halda edam olunmayacağını bildirib.
Qeyd edək ki, mayın 16-da Misir məhkəməsi keçmiş prezident haqqında ölüm hökmü çıxarıb. O, həbsxanalara basqın təşkil etməkdə, eləcə də cəsusluq etməkdə günahlandırılb.
Qəzetin yazır ki, Misir qanunları əcnəbi vətəndaşlar haqqında çıxarılan edam cəzalarının icraata keçməsini qadağa edir. Əgər Mursi də Misir vətəndaşlığından imtina edib başqa bir ölkənin vətəndaşı olarsa, edam edilməyə bilər.
Hazırda məsələ ilə bağlı Müsəlman Qardaşları hərəkatının üzvləri araşdırma aparmağa başlayıb. Bundna əvvəl də Müsəlman Qardaşlarının üzvü olan İmam Salah Sultanın oğlu Məhəmməd Sultan ABŞ vətəndaşı olduğu üçün edam hökmü qüvvədən düşmüş və o, ABŞ-da ekstradisiya olunmuşdu. Məhəmməd Sultan da ölüm hökmündən qaçmaq üçün Misir vətəndaşlığından imtina etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !