"Müsahibə götürəndə sən vəziyyətə nəzarət edirsən, müsahibə verəndə sənə elə gəlir ki, sən vəziyyətə nəzarət edirsən"- Barbara Volters.
Bu sitatı ekspert Rəşad Bayramov "Samaxi Palace Platinum by Rixos" otelində ACCESS Bankın media nümayəndələri üçün "Müsahibə almağın üstünlükləri" mövzusunda jurnalistlərə keçirdiyi treninqində deyib.
Mütəxəssisin fikrincə, mükəmməl müsahibə almağın sirri ilk əvvəl müsahiblə qısa dialoq yaratmaq, onu ələ almaq və daha sonra müsahibəyə başlamaqdır: "Əgər müsahibə zamanı bir müsahibin rahat danışmağına şərait yarada bilsəniz, bu sizin qələbənizin xəbərçisidir".
Treninqdə daha sonra mütəxəssis məmur, iş adamı, ekspert-jurnalist münasibətlərindən söz açarkən qeyd edib ki, jurnalist dialoq yaratmaq istdiyi zamanı əgər məmur bundan yayınırsa, müxbirin məmura cavabı bu cür olmalıdır: "Bu məlumatın verilməsi jurnalistdən daha çox məmur üçün xeyirlidir. Çünki məmurlar əksər hallarda jurnalistlərlə dialoq qurmurlar. Onlar TV-lərdə hansısa çıxışı zamanı səhvə yol verə bilər, bu da ictimaiyyət arasında anlaşılmazlıqla qarşılana bilər. Bunun üçün də ilk növbdə bu hadisədən sonra müxbir məmurla telefon əlaqəsi yaradıb məsələyə aydınlıq gətirilməsini istəyirsə, məmur böyük həvəslə buna razı olmalıdır. Əslində məmur özü bu açıqlamanı mətbuata birinci ötürməyə həvəsli olmalıdır ki, ictimaiyyət arasında anlaşılmazlıq qalmasın".
Tədbirdə mütəxəssis media nümayəndələrinin suallarını da cavablandırıb.
Sonda ekspert jurnalistlərə müsahibə almağın sirrlərindən bəhs edib, mövzu üzrə ətraflı izah verib.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !