Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmir. Müsavat Partiyası seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı növbədənkənar seçkilərin nəticələri barədə ilkin rəyini açıqlayıb. Bu barədə partiyanın seçkilərin nəticələri ilə bağlı yayımladığı bəyanatında bildirilib.
"1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkiləri azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik mühitin olmadığı, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib. Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilməyib, Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib", - sənəddə bildirilib.
Müsavat Partiyası nümayəndələrinin və müstəqil müşahidəçilərin məlumatına görə, seçkilərdə seçici fəallığı çox aşağı olub. Bəzi məntəqələrə saatlarla heç bir seçici gəlməyib.
Bu pozuntular aktlaşdırılıb, internetdə bu faktların video görüntüləri yayılıb. Müsavat Partiyasının namizədləri olan seçki dairələrinin əksər məntəqələrində məntəqə seçki komissiyaları səsvermə başa çatdıqdan sonra səslərin sayılmasından, protokolların tərtib olunmasından imtina ediblər", - bəyanatda bildirilib.
Müsavat Partiyası bildirir ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər "azad və ədalətli olmayıb".
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !