Rüstəm Qasımov
Bu yaxınlarda Muzey mərkəzində Yeni il bayramına və azərbaycanlıların həmrəyliyi gününə həst olunmuş təntənəli sərgi baş tutdu. Muzeydə təkcə rəsm işləri deyil, həmçinin tətbiqi-dekorativ və Azərbaycan sənətkarlıq nümunələri sərgilənirdi.
Muzeyin direktoru Liana xanım Vəzirova ANN.Az-a açıqlamasında bildirdi ki, mədəniyyət mərkəzində hər il keçirilən sərginin məqsədi xalq-tətbiqi incəsənətini inkişaf etdirməkdir. "Bu çox maraqlı sərgidir, burada Azərbaycanın müxtəlif regionlarından olan ustaların işləri sərgilənir. Sərgi təkcə özünün masştabı ilə deyil, həmçinin keyfiyyəti ilə də fərqlənir. Belə tədbirlərin keçirilməsi çox vacibdir, çünki insanların yaratdıqlarını mütləq başqalarına çatdırmaq lazımdır. Ustalar işlərinin Respublikanın mərkəzi muzeyində sərgiləndiyini görəndə həvəslənməyə bilməzlər. Onlar bu kimi tədbirlərdən enerji alırlar, bu da onların yaradıcılığı üçün çox vacibdir. Təsadüfi deyil ki, bu sərgiylə əlaqədar burada bayram əhval-ruhiyyəsi hökm sürür”, - Leyla xanım bildirdi.
O həmçinin tədbirin interaktiv formatda keçirildiyini dedi. "Sərgidə yaradıcı atmosferin hökm sürdüyünü qeyd etməyə bilmərəm. İndi qonaqların özlərini vahid prosesin tərkib hissəsi kimi hiss etməsi üçün sərgi salonlarında interaktiv formatın tətbiq edilməsi çox vacibdir, beləliklə, onlar baş verənləri sadəcə izləmirlər, həmçinin onda iştirak edirlər. Vernisaj əyləncəliydi, rəqs var idi, ustalar ağac yonurdular, bir sözlə, hər şey ürəyimizcə və maraqlı idi. Əsl anşlaq idi, sərgini 500-dən çox insan ziyarət edib”.
Ekspozisiya o qədər geniş idi ki, mən əvvəlcə haradan başlayacağımı bilmədim. Bu sərgi növbəti dəfə Azərbaycan rəssamlarının nə qədər istedadlı olduğunu göstərir. Diqqətimi taxtadan olan rəsmlər cəlb etdi, onlara baxanda inanmaq olmurdu ki, onlar ağacdan hazırlanıb. Birinci şəkildə təsvir olunan karvan elə bil canlı idi.
Sərgidə görkəmli azərbaycanlı Səttar Bəhlulzadənin portreti də nümayiş etdirilirdi. Onun sifətindəki hər cizginin ustalıqla çəkilməsi xüsusilə təsirli idi.
Zallardan birinin mərkəzində tanınmış violençelist, pianoçu və drijjor, insan hüquqlaru müdafiəçisi Mstislav Rastropoviçin heykəli qoyulmuşdu. İşin müəllifi gənc heykəltaraş Namiq Hüseynov idi.
Yuxarıda da qeyd etdiyim kimi, sərgidə ən müxtəlif texnikalarda düzəldmiş işlər var idi. Qumdan hazırlanmış şəkillər xüsusilə heyrətamiz idi.
Stendlərdən biri Azərbaycan xalq çalğı alətlərinə həsr olunmuşdu.
İndi isə rəsmlərə keçək. Sərgidə geniş masştabda rəsmlər rəsgilənirdi. Hər rəssam bir yox, bir neçə rəsm çəkdiyindən belə müxtəliflik yaranıb.
Sərgidə cəlbedən ən güclü işlərdən biri Mərziyə İbrahimavanın "Günəşli. Əbədiyyətə aparan yol” rəsmi idi. 2015-ci ildə ölkəmizdə və dünyada bir çox hadisələr baş verdi, ancaq Günəşli yatağında baş verən və çox sayda insanın ölümünə səbəb olan yanğın Azərbaycan xalqına şok yaşatdı. Rəssamlar bu mövzuya etinasız yanaşa bilməzdilər, adı çəkilən rəsmin müəllifi Mərziyyə İbrahimova bizlə öz təəssüratlarını bölüşdü. "Bu rəsmi mən elə həmin gün çəkdim. Bu faciə mənə çox pis təsir etmişdi. Düzdür, bu sərgi bayramla əlaqədar təşkil olunub, ancaq məncə, məhz belə anlarda biz həmrəy olmalıyıq, həm kədərdə, həm şadlıqda biz həmrəy olmalıyıq”, - İbrahimova bildirdi.
Digər rəssam, Könül İsmayılovanın yaradıcılığı təkcə məhsuldarlığı ilə deyil, keyfiyyəti ilə də seçilir. O, sərgiyə 4 rəsm təqdim etmişdi. Biz Könüllə də söhbətləşməyə müvəffəq olduq. "Sərgiyə "Köhnə küçə”, "Dəniz möcüzəsi”, "Qızılgül natürmortu” kimi işlərimi təqdim eləmişəm. Bunların hamısı yeni işlərdi, məhz buna görə də mən onları Yeni ilə həsr olunmuş belə böyük sərgiyə təqdim etmək qərarına gəldim. Mən işlərimdə təbiətin parlaqlığını və memarlığı ifadə edirəm. Məncə, həyat da elə isti, zərif və gözəl bir şeydir. Həyatda ən gözəl şey də təbii ki, güllərdi. Günəş şüalarının altında tumurcuqlayan güllərdən gözəl nə ola bilər?!”, - İsmayılova dedi.
İstedadlı gənc rəssam Günel Ravilovanın da çox diqqətəlayiq işi vardı, rəssamın sözlərinə görə "Balıqçı evi” adlı işində fəlsəfi məna var: "Şəkillərin süjeti müasir cəmiyyətlə əlaqədardır. İnsanların yaşadığı ev, ya mənzil akvariumu xatırladır. Uşaqlar balaca olanda hamıya yer çatır, elə ki, onlar böyüdülər, yuvanı tərk etməli, gedib özlərinə yeni akvarium, ailə tapmalıdırlar. Bu meyillilik dünyada yaşayan bütün insanlarda var. Hər bir balıq da sıxılanda, yuxarı qalxır və təmiz hava alır. İnsan cəmiyyətində də həyat Günəş altında yer tapmaq üçün mübarizədir”.
Sərgi salonunda Azərbaycan kostyumlarına və xalçalarına bütöv bir zal ayrılmışdı, bu mənzərəyə baxıb zövq almamaq mümkün deyildi. Burda çox gözəl araxçınlar da gözə dəyirdi.
Bir sözlə, tədbir çox yüksək səviyyədə keçdi.
Elmi, maarifi, təhsil və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş verən mədəniyyət tədbirlərini diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Muzey mərkəzində baş tutan sərgidən fotoları təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !