Müxalifətçi olmağın cəzası - 26 il həbs

14:33 | 26.12.2013
Müxalifətçi olmağın cəzası - 26 il həbs

Müxalifətçi olmağın cəzası - 26 il həbs

Tacikistanda "Yeni Tacikistan" müxalifət partiyasının sədri Zayd Saidova əmlakı müsadirə olunmaqla 26 il həbs cəzası verilib. ANN.Az-ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Tacikistanın Ali Məhkəməsi çıxarıb. 

Məhkəmə prosesi Düşənbədə mətbuata bağlı şəkildə keçirilib. Müxalifət liderinin bir qrup tərəfdarının məhkəmənin keçirildiyi binanın qarşısında piket keçirmək cəhdinin qarşısı alınıb. 

Müttəhimin vəkilinin mətbuata verdiyi açıqlamaya görə, müxalifət lideri cinayət məcəlləsinin 5 maddəsi ilə günahkar bilinib - "Zorlama", "Qanunsuz azadlığı məhdudlaşdırma", "Çoxarvadlılıq", "Rüşvət almaq" və "Dələduzluq". 

Bir müddət əvvəl KİV prokurorluğa istinadən xəbər vermişdi ki, Zaidov eyni vaxtda "4 qadınla birgə yaşayıb" və onun bu qadınlardan 10 uşağı var. Onu həmçinin 14 yaşlı məktəbli qızı zorlamaqda ittiham edirlər. Onun rəhbərlik etdiyi "Toxt-Soxmon-Beynalmillal" şirkətini isə maxinasiylarda ittiham edirlər. 

Saidov son bir neçə ildə orta və kiçik biznes nümayəndələrinin assosiasiyana rəhbərlik edib. O, bu ilin may ayında Fransadan məzuniyyətdən qayıdarkən Tacikistan xüsusi xidmət orqanları tərəfindən həbs edilib. 

Saidovun həbs edildiyi gün vəkilləri açıqlama yaymışdılar ki, onun həbsi siyasi sifarişdir, belə ki, Saidov "Yeni Tacikistan" müxalifət partiyasının yaradıldığını elan edən vaxt onun həbsi reallaşıb. Zxayd Saidovun sözlərinə görə, bu partiya ölkədə vacib rol oynayacaqdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti