Namiq Qaraçuxurlu növbəti dəfə dələduzluğa məruz qalıb

23:45 | 25.05.2021
Namiq Qaraçuxurlu növbəti dəfə dələduzluğa məruz qalıb

Namiq Qaraçuxurlu növbəti dəfə dələduzluğa məruz qalıb

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu dələduzluğa məruz qaldığını iddia edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ifaçı "Instagram" səhifəsində məlumat yayıb.

N.Qaraçuxurlu qeyd edib ki, "Instagram"da fəaliyyət göstərən onlayn mağaza idarəçiləri onu aldadıb: "Bu səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insan var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik".
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM