• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb
10.03.2023 14:02
Mobil operator "Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqladı. 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran "Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb. 

2022-ci ildə müxtəlif sorğularla "Nar” mərkəzlərini ziyarət edənlərin 98.6%-i göstərilmiş xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı Mərkəzi və Nar+ tətbiqinə müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı Mərkəzində göstərilən xidmətdən abunəçilərin 89%-i, Nar+ tətbiqindən yararlananlardan isə 87%-i razılıq bildirib. 

Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan  "Nar” sosial platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub. 

Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən Nar+ tətbiqinin təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir. 

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 11:07
Aktiv vergi ödəyicilərinin sayı artıb
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol