• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Nar Mobile” yeni www.narsim.az xidmətini istifadəçilərin ixtiyarına verdi

“Nar Mobile” yeni www.narsim.az xidmətini istifadəçilərin ixtiyarına verdi
21.11.2014 15:15
“Nar Mobile” mobil operatoru yeni www.narsim.az İnternet saytını istifadəçilərinin xidmətinə verdi. Bu sayta daxil olanlar istədikləri hər hansı bir “Nar” nömrəsini satışda olan nömrələr arasında axtara biləcəklər. İstifadəçinin axtardığı nömrə sistemdə olarsa, onlayn sorğunu cavanlandırmaqla onu sifariş etmək mümkün olacaq. Sifariş əsasında istifadəçi ilə əlaqə saxlanılır və qısa müddət ərzində nömrə sifarişçiyə təqdim olunur.Qeyd edək ki, saytda olan axtarış sistemi çox sadədir. İnternet səhifəyə daxil olanlar prefiksi seçdikdən sonra istədikləri nömrəyə uyğun olaraq, istənilən ən azı üç xananı doldurmaqla axtarış edə bilirlər. Axtarışın nəticəsi iki tərzdə – qiymətə və nömrələrin ardıcıllığına görə təqdim olunur. Axtarış nəticəsində sistemdə tapılan nömrələrin tam sayı yuxarıda qeyd edilir. Bu xidmətdən Azərbaycan ərazisində adı, soyadı və əlaqə nömrəsini sistemə daxil etmiş hər bir sifarişçi yararlana biləcək. Gələcəkdə www.narsim.az səhifəsinin əlavə funksiyalar vasitəsilə daha da mükəmməlləşdirilməsi gözlənilir.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol