“Nar” nömrələrinə ikinci həyat verin, ikiqat balans qazanın

12:54 | 17.12.2015
“Nar” nömrələrinə ikinci həyat verin, ikiqat balans qazanın

“Nar” nömrələrinə ikinci həyat verin, ikiqat balans qazanın

"İkiqat bayram” kampaniyası yenidən aktivləşən nömrələrə ikiqat balans qazandırır 

"Nar” ikitərəfli qaydada bağlı olan öncədən ödənişli nömrələrin yenidən aktivləşdirilməsinə – "İkiqat bayram” kampaniyasına start verdi. Kampaniya çərçivəsində 2 AZN-dən 50 AZN-dək ödəniş etmiş abunəçilər balanslarına yüklədikləri puldan əlavə həmin məbləğin 100%-i həcmində 7 gün ərzində aktiv olacaq şəbəkədaxili bonus dəqiqələr qazanırlar.  

Bundan başqa, mobil operator heç bir ödəniş şərti olmadan ikitərəfli bağlı olan 3G+ data nömrələrin balansına da 30 günlük 400 MB pulsuz internet trafiki yükləyir. 

Kampaniya müddətində öncədən ödənişli nömrələri ikitərəfli qaydada bağlı olan, Sim-kartlarını itirən və ya zədələyən abunəçilər "Nar” satış və xidmət mərkəzlərində öz şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz Sim-dublikat əldə edə bilərlər. 

Kampaniyadan nömrələri dekabr ayının 25-dək ikitərəfli qaydada bağlanmış bütün öncədən ödənişli xətt abunəçiləri istifadə edə bilərlər. İkitərəfli bağlı nömrələri yenidən aktiv edilən abunəçilər 15 yanvar 2016-cı il tarixədək kampaniyadan istədikləri qədər yararlana biləcəklər.

Daha ətraflı məlumatı "Nar” rəsmi internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM