Finalçılar həm "Netty” ekspertlərinin, həm də internet istifadəçilərinin onlayn səsverməsi əsasında müəyyən edildi. Mükafata namizədlərin və ekspertlərin, eləcə də tanınmış simaların iştirak etdiyi mükafatanlandırma mərasimində 21 qalib layihə bəlli oldu. Qalib layihələr haqqında ətraflı məlumatı netty.az səhifəsindən öyrənə bilərsiniz.
Qeyd edək ki, hər il "Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən "NETTY” Milli İnternet Mükafatı 20 ildir ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. "Netty” mükafatı ilə tərəfdaşlıq "Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir. "Nar”ın KSM layihələri haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !