Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Kazan "Dinamo”su ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu yeni mövsümdə Tatarıstan təmsilçisinin heyətində olmayacaq.
Bu səbəbdən onun bir müddət öncə bağladığı müqavilə qarşılıqlı razılıq əsasında qüvvədən düşüb. Məmmədovanın Rusiyada digər klubla danışıq apardığı bildirilir. Onunla yanaşı, bolqarıstanlı Elitsa Vasileva da "Dinamo”dan ayrılıb.
Qeyd edək ki, Natalya 2017/2018 mövsümündə Kazan təmsilçisi ilə Rusiya kubokunu və Super Liqanın gümüş medalını qazanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !