National Geographic Türk hava Yollarının “Səhnə arxası”nı filmə çəkəcək

14:59 | 25.06.2014
National Geographic Türk hava Yollarının “Səhnə arxası”nı filmə çəkəcək

National Geographic Türk hava Yollarının “Səhnə arxası”nı filmə çəkəcək

Türk hava Yolları NATIONAL GEOGRAPHIC Kanalı “Səhnə arxası” proqramının kameralarına qapılarını açır.

İlk dəfə olaraq bir hava yolları günlük əməliyyatlarının film kimi çəkilməsi üçün icazə verəcək. 

Bu iş birliyində Türk Hava Yollarının transfer mərkəzinin görünməyən gərgin işlərini izləyicilərə ötürmək üçün NGC və Türk Hava Yolları kimi iki böyük şirkət əməkdaşlıq edəcək.  

Tezliklə başlanacaq çəkiliş dünyada ən çox ölkəyə uçan və Skytrax Passenger Choice Mükafatı tərəfindən son üç ildə Avropanın ən yaxşı hava yolu seçilmiş Türk Hava Yollarının günlük uçuş əməliyyatlarının pərdəarxasını əhatə edəcək. 

Proqram bu ilin payız aylarında National Geographic Channel və Nat Geo People kanallarında izləyicilərin görüşünə gələcək. 

2014-cü ilin sentyabrdında  insanların həqiqi hekayələrindən bəhs edən Nat Geo People kanalında, oktyabr ayında isə National Geographic Channel-da yayımlanacaq.   

Proqram hər gün yüzlərlə sərnişini təhlükəsiz şəraitdə mənzilbaşına çatdırmaq və dünyanın hər yerində milyonlarla insanın hava nəqliyyatından istifadəsi üçün ortaya qoyulan əməki göz önünə gətirəcək. 

Tamaşaçılar həm havada, həm də hava limanında yolculara xidmət etmək üçün yaranan çətin iş qrafiki  tanış olacaq

NGC check-in yoxlamalarından tutmuş təyyarənin enişinə, itən baqaj “dedektiv”lərindən tutmuş hava limanı əməkdaşlarına qədər Türk Hava Yollarının uçuş əməliyyatlarını 360 dərəcəlik bir baxış altında ekranlaşdıracaq. 

Proqram sistemin problemsiz işləməsini təmin edən Türk Hava Yollarının əməkdaşlarının qarşılaşdıqları çətinlikləri komanda şəklində necə həll etdiklərinin izləyicilərə göstərəcək. 

Proqramın mövzusu İstanbul Atatürk Hava limanında bir həftəsonu olacaq.

Tamaşaçılar bütün olanları Nat Geo kameraları önündə gerçəkdən yaşandığı programda qəhrəmanların həyatları ilə yaxından tanış olacaqlar.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM