Nazarbayev iş adamına: “Belə yaltaqlanmağı harada öyrəndin?”

23:48 | 03.07.2014
Nazarbayev iş adamına: “Belə yaltaqlanmağı harada öyrəndin?”

Nazarbayev iş adamına: “Belə yaltaqlanmağı harada öyrəndin?”

Qazaxıstanın paytaxtı Astanada “EXPO-2017” üçün tikilməkdə olan nəhəng ticarət mərkəzini “Nur Plaza” adlandırmaq barədə təklifin səslənməsi maraqlı hadisəyə səbəb olub.
Virtualaz.org saytı Qazaxıstanın tengrinews.kz portalına istinadən bildirir ki, “Astana Group” tikinti şirkətinin sahibi olan iş adamı Nurlan Smaqulov “EXPO-2017” kompleksinin ərazisində olacaq bu ticarət mərkəzi barədə prezident Nursultan Nazarbayevə məruzə edib. Biznesmen prezidentin adını nəzərdə tutaraq həmin ticarət mərkəzini “Nur Plaza” adlandırmağı təklif edib.
“Bizim bu mərkəzlə bağlı öz variantımız var. Cənab prezident, əgər siz icazə və xeyir-dua versəniz, onu “Nur Plaza” adlandırardıq” - deyə N.Smaqulov “Astana EXPO-2017” kompleksinə baş çəkən prezident N.Nazarbayevə müraciətlə deyib.
N.Nazarbayevin biznesmenin bu təklifinə reaksiyası çox qəribə və gözlənilməz olub: “Sən belə yaltaqlanmağı harada öyrənmisən?”
Biznesmen də özünü itirməyərək qəfil suala maraqlı cavab verib: “Həyat öyrədib, cənab prezident. “Nur Plaza” yaxşı addır. Burada Nurlanlar çoxdur”.
N.Nazarbayev məsələyə belə nöqtə qoyub: “Yaxşı, onda “Nur Plaza” yox, “Nurlan Plaza” olsun. Nə isə, bu məsələni sonra həll edərik...”
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM