Nazir “Azadlıq Radiosu”nun vitse-prezidenti ilə görüşdü

16:21 | 13.03.2015
Nazir “Azadlıq Radiosu”nun vitse-prezidenti ilə görüşdü

Nazir “Azadlıq Radiosu”nun vitse-prezidenti ilə görüşdü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və "Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib. 

XİN mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və "Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.  

ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM