Nazir özünə yeni müşavir təyin edib

10:17 | 03.07.2024
Nazir özünə yeni müşavir təyin edib

Nazir özünə yeni müşavir təyin edib

Seyfəlpaşa Əliyev Ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib. 


"Report"un əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Seyfəlpaşa Əliyev 1992-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr və kommersiya hüququ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində Kembric Universitetinin hüquq üzrə magistr proqramında təhsil alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsində aparıcı məsləhətçi olaraq başlayıb.

Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti