Nazirdən müharibə mesajı

11:45 | 03.07.2014
Nazirdən müharibə mesajı

Nazirdən müharibə mesajı

Türkiyənin müdafiə naziri İsmət Yılmaz Ermənistan-Azərbaycan münaqişəsi barədə danışıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərək regionda baş verən bütün münaqişələrin Türkiyəyə təsir etdiyini bildirib. “Suriyada baş verən münaqişələr zamanı zərər görən tərəf də Türkiyədir”-deyən Yılmaz əlavə edib ki, İraqda baş verənlər də bu ölkəyə ziyansız ötüşmür:
“Qonşuluğumuzda hər hansı bir münaqişə varsa, onun zərərindən yan keçmək mümükünsüzdür. İraqda baş verən münaqişlər də Türkiyəyə zərər vurur. Ermənistan, Gürcüstan və Azərbaycanda hər hansı bir münaqişə baş verərsə yenə Türkiyə zərər görəcək. Həmin bölgələrədə sülh və sabitilk hökm sürərsə bu Türkiyənin xeyrinə olacaq”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM