Rasim Muradov vəzifəsindən çıxarılıb.
Onun əvəzinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən bu vəzifəyə Müşviq Məmmədov təyin olunub. O, 3 ay müddətinə sınaq kimi direktor vəzifəsini icra edəcək.
Qeyd edək ki, Respublika Olimpiya Liseyi 1963-cü ildə yaradılıb. 1989-cu ilədək keçmiş Maarif Nazirliyinin (indiki Təhsil Nazirliyi) balansında olan lisey əvvəl internat tipli olub. Əvvəlki adı Respublika Olimpiya Ehtiyat Məktəbi olan qurum Nazirlər Kabinetinin qərarına əsasən 2000-ci ildən Respublika Olimpiya Liseyi adlandırılmağa başlanıb.
Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !