Nazirlər qazilərin işinə baxmır- Asim Mollazadə

Nazirlər qazilərin işinə baxmır. Bunu deputat Asim Mollazadə deyib.
www.anews.az
"Qazilərin işi ilə bağlı nazirlərə müraciət etmişəm. Problem həllini tapmır. Nazirlər bunu etmir. Kim etməlidir? Vəziyyət gərgin olaraq qalır. Azərbaycan əsgəri diqqətdə olmalıdır. Büdcədə onların sosial istiqaməti üçün ayrıca göstərişlər olmalıdır. Əks halda problem olaraq qalacaq", - deputat noyabrın 2-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının 2024-cü ilə büdcə müzakirəsi zamanı çıxışında bildirib.
Deputat bildirib ki, Azərbaycan iqtisadiyaytı sovet idarəetməsindən hələ də xilas olmayıb.
"Müəyyən işlər görülür. Lakin sovet idarəetmə sistemindən xilas ola bilməmişik. Dövlət özəl anlayışını yığışdırmaq lazımdır. Dövlət müəssisələri özəlləşdirməyə getməlidir. Ölkə müasirliklə ayaqlaşmalıdır. Əks halda iqtisadiyyatda artım olmayacaq”, - deputat əlavə edib.

Gülnar Nazimqızı
www.anews.az