"Nə biləydim ki vaxt gələcək, balamın məzarına iki qərənfil düzəcəm..." - Şəhid anası

12:07 | 29.10.2018

"Nə biləydim ki vaxt gələcək, balamın məzarına iki qərənfil düzəcəm..." - Şəhid anası

Aprel şəhidimiz Müşfiq Orucovun anası Aygün Orucova Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

Anews.az BiG.AZ-a istinadən xəbər verir ki, şəhid anası oğlunun yoxluğuna alışa bilmədiyini dilə gətirib. O bildirib ki, hər zaman balasının yolunu gözləyir:

"Biz Zəngilandan məcburi köçkünük. Həmişə övladımı vətənpərvər ruhda böyütmüşəm. Bizim stolumuzun üstündə Ramil Səfərovun, Mübariz İbrahimovun şəkli heç vaxt əskik olmayıb. Müşfiqi kiçik yaşlarından Şəhidlər Xiyabanına aparırdım, vətən uğrunda canından keçən oğullarımızın məzarını göstərib "Onlar olmasa, indi azad torpaqda yaşaya bilməzdik" deyirdim. Amma hardan biləydim ki, vaxt gələcək, öz şəhid balamın qəbrinə iki qərənfil düzəcəyəm".

Qeyd edək ki, Müşfiq Orucov 700 bal toplayaraq Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinin tələbəsi olub. 

Müşfiq 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılıb.


Allah rəhmət eləsin!
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti