Neftçalada daha bir şagird qızılcadan ölüb

Neftçalanın Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb. Bu barədə Report məlumat yayıb.
Yaxınları bildirib ki, məktəblinin ölümü xəstəxanaya aparılarkən yolda baş verib.
Bununla da Azərbaycanda qızılcadan ölən uşaqların sayı 5-ə çatıb.
Səhiyyə Nazirliyinin son açıqlamasına görə Azərbaycanda qızılçaya yoluxanlarıns ayı 284 nəfərə çatıb.
Nazirlik bildirib ki, hər hansı səbəbdən vaksin olunmayan uşaqlar 10 yaşına qədər vaksin olunmalıdır.
Qızılcaya görə peyvənd uşaqlara 1 və 6 yaşında vurulur.
Bakı Təhsil İdarəsi virusla bağlı məktəblərdə dezifeksiya işlərinə başlandığı açıqlayıb.
Bundan əəvvəl təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, hazırda epidemoloji vəziyyətə nəzarət olunur. Ehtiyac yarandığı məktəb və siniflərdə 2 həftəlik dərslər distans təhsilə keçiriləcək.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər