"Neftçi” iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Klubdan apasport.az saytına verilən məlumata görə, çilili İqnasio Errera və fransalı Uqo Barqas mövsümün sonunadək "ağ-qaralar”ın uğurları üçün çalışacaq.
Hər iki futbolçu ilə anlaşma bu gün imzalanıb. Həm Errera, həm də Barqasla bundan əvvəl bağlanmış müqavilənin müddəti bu ilin dekabrda sona çatırdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !