“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

"Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını "Neftçi”də davam etdirəcək.
25 yaşlı serbiyalı müdafiəçi "ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.
Artıq "Zirə" ilə yollarını ayırmış futbolçunun keçidi yaxın günlərdə baş tutacaq.
"Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar. Qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşən komandanın heyətində serbiyalı müdafiəçi olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər