"Neftçi"dən ayrılan futbolçu bu kluba keçib

21:00 | 30.07.2021
"Neftçi" ilə yollarını ayıran Stiven Jozef-Monrozun yeni klubu bəlli olub.

 31 yaşlı cinah yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.

Fransalı oyunçu "Ksanti" ilə müqavilə bağlayıb. Yunanıstanın ikinci liqasında çıxış edən klub sözləşmənin detallarını açıqlamayıb.

Stiven Jozef-Monroz "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində ölkə çempionu olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM