“Neftçi” futbol klubu “Xəzər-Lənkəran” klubu ilə bu gün baş tutmalı olan oyunundan imtina edib. Bu barədə ANS PRESS-ə klubun mətbuat katibi Gündüz Abbaszadə söyləyib.
Onun sözlərinə görə, klubu belə bir addım atmağa məcbur edən səbəb, “Neftçi”- “Xəzər-Lənkaran”oyunu üçün futbolçuları Lənkərana aparan avtobusun daşlanması olub. G.Abbaszadə qeyd edib ki, məsələ ilə əlaqdar klubun prezidentinə məruzə edilib:
“Hadisə geçə saatlarlnda Lənkaran şəhərində kubun oyunçularının qaldığı otelin qabağında törədilib. Səhər qalxdıq və gördük ki, klubun avtobusunun bütün pəncərələrini sındırıblar. Mən inanmıram ki, "!Xəzər-Lənkaran"ın fanatları belə iş görsünlər. Bu vandallıqdan başqa bir şey deyil. Konkret burada polisi də günahlandırmaq düzgün deyil. Polis nümayəndələrinin bura heç bir aidiyyatı yoxdur. Bu stadionun ərazoisində baş versəydi, onu baş düşmək olardı. Buna nə ad vermək olar? Bəlkə də, bununla müəyyən mənada “Neftçi”yə təziq göstərmək istəyirlər. Belə futbol heç kəsə lazım deyil. "Neftçi" futbol klubu geri qayıtmaq və oyuna çıxmamaq haqqında düşünür. Bu haqda kubun prezidentinə məruzə edilib. Hazırda Bakıya qayıtmaqla bağlı müzakirələr aparırıq. Son sözü klub prezidenti deyəcək. Böyük ehtimalla, biz bu oyuna çıxmayacağıq və bir saat sonra Bakıya qayıdacağıq”.
ANS PRESS