Azərbaycan neftinin bir barrelinin qiyməti 59,16 dollar təşkil edir.
"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,91 dollar ucuzlaşaraq, 59,16 dollar olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib. İyulun 17-də Azərbaycan neftinin bir barrelinin qiyməti 60,07 dollar təşkil edib.
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə? dəyişib. Belə ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 50,89 dollar olub.
Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında isə "Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 57,10 dollar təşkil edib.
"Brent" markalı neftin onlayn qiymət cədvəli
Ümumiyyətlə, iyulun 17-də ABŞ neftinin fyuçersi son üç ayda ən aşağı səviyyəyə düşüb. ABŞ dollarının mövqeyini möhkəmləndirməsi və neft ehtiyatlarının həddən çox bolluğu "qara qızıl"ın narahtlıq doğuran qiymət azalmasına ciddi təsir göstərib.
Nyu-York birjasında WTI markalı neftin bir barrel üçün qiyməti bu ilin sentyabrında 50,50 dollar proqnozlaşdırılıb. Bu, aprelin 10-da qeydə alınan qiymətləndirmə ilə eynidir. Nyu-York birjasında bir həftə ərzində neft dəyərini 1,26 dollar və ya 3,51% itirib. Buna ABŞ-da neft istehsalının yüksək səviyyədə artması səbəb olub. ABŞ-da son iki həftə ərzində quraşdırılan qazma qurğularının sayı 638-dək azalıb.
Əsas valyuta sayılan ABŞ dollarının indeksi 0,3% artaraq 98,09-ə qədər yüksəlib. Bu, aprelin 23-dən bəri qeydə alınan ən yüksək göstəricidir. Dolların dəyərinin artması inflyasiya ilə bağlı optimist göstəriciləri və payızda mənzil bazarı üzrə faiz dərəcəsində artımın müşahidə olunacağı ilə bağlı gözləntiləri gücləndirəcək.
Bir qayda olaraq, dolların bahalaşması dövründə neftin qiyməti düşür, çünki başqa valyutalardan istifadə edən alıcılar üçün neft daha baha başa gəlir. Londonda bir həftə ərzində Brent markalı neftin qiyməti 1,49 dollar və ya 3,22% düşüb. Azalmanın gedişi gələn həftələrdə də ardıcıl davam edəcək. İran neftinin yenidən ixrac olunması dünya bazarında "qara qızıl"ın həcmini həddindən çox artıracaq.
Məlumdur ki, İran və "Altılıq" ölkələri çoxdan gözlənilən razılaşmaya nail oldu. Tehrana mübahisəli nüvə proqramının ixtisarı əvəzində sanksiyalar aradan qaldırılacaq.
Bildirildiyi kimi, İranın 30 milyon barel neft ixracı üçün ehtiyatlara malikdir. Bununla belə, analitiklər hesab edirlər ki, İrana bir neçə ay lazım olacaq ki, neft ixracını əhəmiyyətli dərəcədə artırsın.
OPEK-in (Neft İxrac edən Ölkələr Birliyi) keçən il istehsal həcminin azaldılmaması barədə qərarından sonra neft üzrə dünya istehsalçısı olan ABŞ şist neftin çıxardılması bumu hesabına tələbatı qabaqlayır.
Eyni zamanda "Brent" və WTI markalı neftin bir barelə görə qiyməti iyulun 17-də həftəlik ticarət əməliyyatlarının bağlanışında 5,89 dollar olduğu halda, iyulun 10-da bu rəqəm 6,26 dollar təşkil edib.
"Brent" markalı neftin qiymət dinamikası
Beləliklə, bu həftə ərzində neftlə bağlı baş verəcək mühüm hadisələr bunlardır:
Çərşənbə axşamı, 21 iyul
Amerika Neft İnstitutu ABŞ-da xammalın ehtiyatları üzrə həftəlik hesabatı dərc edəcək.
Çərşənbə, 22 iyul
ABŞ mənzil bazarında satışlar üzrə, həmçinin neft ehtiyatları ilə bağlı hökumətin hesabatını dərc edəcək.
Cümə axşamı, 23 iyul
ABŞ-da işsizlik müavinətinə görə müraciət etmiş amerikalıların sayı açıqlanacaq.
Cümə, 24 iyul
Çin HSBC-dan istehsal indeksini dərc edəcək.
Avrozona özəl sektorda işgüzar fəallıq üzrə məlumatları dərc edəcək.
ABŞ bu həftəni istehsal fəallığı və ilkin bazarda mənzil satışları üzrə hesabatlar verməklə başa vuracaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !