“Neftçi”nin legioneri azarkeşlərdən üzr istədi

17:31 | 17.02.2014
“Neftçi”nin legioneri azarkeşlərdən üzr istədi

“Neftçi”nin legioneri azarkeşlərdən üzr istədi

“Bakı” ilə oyun bərabər səviyyədə keçdi. Baxmayaraq ki, bu qarşılaşmada əsas heyətimizin 4-5 futbolçusu çıxış etmirdi. Nəticəyə gəlincə, sadəcə, bəxtimiz gətirmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun hollandiyalı legioneri Melvin Platey deyib.Paytaxt klubuna transfer olunduğu 7 ayda Premyer Liqada yalnız  1 dəfə  - penaltidən fərqlənən hücumçu XXI turun “Bakı” ilə görüşü haqda fikirlərini açıqlayıb. Klubun rəsmi saytına danışan Platye bəxtsizlikdən gileylənib: “Təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdə yararlana bilmədim. Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Həmin vəziyyətləri boşa verməsəydim, nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdı və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam. Bizi yalnız qızıl medallar qane edir. Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti