Onların toyu Los Ancelesdə baş tutubBir necə ildir davam edən daha bir sevgi hekayəsində xoşbəxt son baş verdi. ANS PRESS-in məlumatına görə, Azərbaycanda da məşhur olan iki tanınmış türk ailə qurub.Aktrisa Beren Saat müğənni Kenan Doğulu ilə nikah masasına oturub. Cütlüyün toyu Amerikada olub.Möhtəşəm mərasim Los Ancelesdə baş tutub.Qeyd edək ki, cütlüyün münasibəti 2,5 ildir ki, davam edir. Ötən gün Beren Saat özü üçün xına mərasimi keçirib. Mərasimdən olan fotoları orada iştirak edən məşhurlar sosial şəbəkələrdə paylaşıb.B.Saat tamaşaçılara "Fatmagülün suçu nə?", "Aşkı Memnu", "İntiqam" kimi seriallardan tanışdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !