"Qafqazinfo”nun məlumatına görə, reper Bakının ünvanına nalayiq ifadə işlətdiyi videonun montaj olduğunu deyib. O, bu barədə İnstaqram hesabında yazıb:
"Görürəm ki, kimsə hər növ montaj işləri görərək mənim adımı qaralamağa, mənə çirkab atmağa çalışır. Nə üçün aydın deyil. Ancaq bütün adekvat insanlar mənim Vətənimə, qan qardaşlarıma və bacılarıma münasibətimi bilirlər. Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər birinə həyatımı verərəm. Babamızın dünyanın hər yerində təkrarladığım sevimli sözləri var: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !