Niderlandda koronavirusa yoluxanların sayı 13 mini ötüb

19:00 | 01.04.2020
Niderlandda koronavirusa yoluxanların sayı 13 min nəfəri ötüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın  Sağlamlıq və Ətraf Mühit İnstitutu məlumat yayıb.

İnstitutun statistikasına görə, ümumilikdə ölkədə koronavirusa 13 614 nəfər yoluxub.

Gün ərzində xəstəliyə yoluxanların sayı 1019 nəfərə qədər artıb. Hazırda xəstəxanalarda 5200 nəfər müalicə olunur.

Son 24 saatda 134 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 1173 nəfərə çatıb.

İnstitutun verdiyi məlumata görə, indiyədək koronavirusdan həyatını itirən yalnız iki xəstənin yaşı 50-dən aşağı olub və onların ciddi sağlamlıq problemləri olub: "Xəstəxanalara müraciət edənlərin sayı və ölüm hallarının sayı bu gün dünənkindən daha azdır. Görünür bu hökumətin virusla mübarizə çərçivəsində atdığı addımlar ilk təsirini göstərir”.

Qeyd edək ki, Niderlandda ilk koronavirusa yoluxma faktı fevralın 27-də, ilk ölüm halı isə martın 6-da qeydə alınıb. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM