• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Nizami Gəncəvinin yubileyi Strasburqda da qeyd olunacaq

Nizami Gəncəvinin yubileyi Strasburqda da qeyd olunacaq
19.11.2013 23:00

Heydər Əliyev Fondunun dəstəyi ilə dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi Parisdən sonra Strasburqda qeyd olunacaq.

Fonddan verilən məlumata görə, YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil olan Strasburqun sakinləri noyabrın 19-da maraqlı sərgi ilə tanış olmaq imkanı əldə edəcəklər.

 

Rin sarayında düzənlənən sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan  rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş olunacaq.

 

Burada eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncədə çəkilmiş foto-şəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və  Pekində ucalan abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənəcək.

 

Həmin gün Strasburqun Musiqi və konqres sarayında Azərbaycan Xalq çalğı alətləri orkestrinin konsert proqramı da təqdim olunacaq.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol