Nizami Kino Mərkəzində “Fəryad” filminin nümayişi

09:56 | 20.01.2014
Nizami Kino Mərkəzində “Fəryad” filminin nümayişi

Nizami Kino Mərkəzində “Fəryad” filminin nümayişi

Xəbər verdiyimiz kimi, 20 Yanvar faciəsinin 24-cü ildömü ilə əlaqədar yanvarın 16-dan etibarən Nizami Kino Mərkəzində “Fəryad ” filminin nümayişinə başlanılıb.Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ilk gündən başlayaraq şəhərin müxtəlif təhsil ocaqlarından gələn şagird və tələbələr filmə baxır və böyük maraq doğuran bu ekran əsərinin gənclərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətini xüsusi vurğulayırlar.Nizami Kino Mərkəzi Qanlı Yanvar faciəsi ilə əlaqədar bəzi plan dəyişikliyi edib. Bu dəyişikliyə əsasən, yanvarın 20-də mərkəzdə nəzərdə tutulan filmlərin nümayişi dayandırılaraq həmin gün saat 11:00, 13:00, 15:00, 17:00 və 19:00-da “Fəryad” filminin təqdim edilməsi nəzərdə tutulub.Yanvarın 22-dək nümayiş olunacaq filmə giriş pulsuzdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM