Bildirilib ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Səhmdar Cəmiyyət şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə edir ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar. Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !