"Borussiya"nın futbolçusu Nuri Şahin vətəni Türkiyəyə qayıtmağı hələ düşünmür.
Qol.Az-ın məlumatına görə, "NTV Spor"a danışan türk yarımmüdafiəçi hazırda ancaq Dortmund təmsilçisində uğurlar əldə etmək istədiyini deyib. O bildirib ki, Türkiyəyə qayıtmaq hələ tezdir:
"Borussiya"da hər şey istədiyim kimi gedir. Burada vətənimi layiqli şəkildə təmsil etməyə çalışıram. Almaniyanın "Bavariya"dan sonra ən güclü ikinci komandasıyıq. Türkiyəyə dönmək üçün çox tezdir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !