Nurçuların 4 qəzetinə qadağa qoyuldu

19:12 | 23.12.2013
Nurçuların 4 qəzetinə qadağa qoyuldu

Nurçuların 4 qəzetinə qadağa qoyuldu

Türk Hava Yollarının təyyarələrində bu gündən “Zaman”, “Bu gün”, “Todays Zaman” və “Orta Şərq” qəzetlərinin sərnişinlərə paylanması dayandırılıb.Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, buna qədər pasport qeydiyyatından keçəndən sonra sərnişinlər uçuş kartlarını göstərərək istədikləri qəzeti ala bilirdilər. “Business Class”da uçacaq sərnişinlərə isə qəzet təyyarənin içində paylanırdı. Bundan sonra yolçular pasport qeydiyyatından sonra qəzet ala bilsələr də,  “Business Class”a bileti olanlara adı çəkilən qəzetlər paylanmayacaq. Digər məlumata görə, THY-nin CİP və Lounge salonlarında da həmin qəzetlərin miqdarı əhəmiyyətli dərəcədə azalıb.Qeyd edək ki, “Zaman”, “Bu gün”, “Todays Zaman” və “Orta Şərq” Türkiyə hakimiyyətini ən sərt tənqid edən qəzetlər hesab olunurlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti