Siçan hücumlarına məruz qalan şəhər əhalisi çarəsizdir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən sıx şəhərlərindən olan Nyu York siçanlarla mübarizə aparır.
ANS PRESS-in məlumatına görə, siçan hücumlarına məruz qalan şəhər əhalisi çarəsizdir. Şəhərdə sanki insanlar və siçanlar yerlərini dəyişib. Burada siçanlar insanlara hücum edir, stansiyada yatan insanların üzərinə çıxırlar. Siçanlar insanların arasına qarışaraq bazarları gəzib dolaşır, skamyalarda oturan insanların yanlarına çıxırlar.
Elm adamlarının sözlərinə görə, şəhərdəki siçan sayı insan sayından iki qat çoxdur. Yalnız ətraf mühitə deyil, insan sağlamlığına da böyük zərəri olan siçanlar aliməri narahat etməyə başlayıb.
Nyu York bələdiyyəsi bu cür canlılarla mübarizə üçün 600 min dollar vəsait ayırıb.
Gələn aydan etibarən isə 45 nəfərlik bir qrup siçan hücumlarına qarşı mübarizə aparacaq.
ANN.Az