Obama: ““İŞİD” müdafiəyə keçib”

18:45 | 14.04.2016
Obama: ““İŞİD” müdafiəyə keçib”

Obama: ““İŞİD” müdafiəyə keçib”

ABŞ Prezidenti Barack Obama deyir ki, Suriya və İraqda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı savaşan ABŞ koalisiyası ekstremist qrupu özünümüdafiəyə məcbur edib, onun tutduğu ərazini sıxışdırıb, yüksək çinli liderlərini hədəfə alıb.

"İŞİD müdafiəyə keçib, biz isə hücum edirik”, Obama aprelin 13-də Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) qərargahında milli təhlükəsizlik müşavirləri ilə görüşdən sonra deyib.

"Üstünlük bizdədir və bunu əlimizdə saxlayacağıq”, Obama söyləyib.

O, ABŞ-ın İŞİD liderlərinə zərbələri davam etdirəcəyini də sözlərinə əlavə edib.

"Üzümüzə gələn günlər, həftələr ərzində daha da irəli gedəcəyik. İŞİD liderləri hər gün oyanır və anlayır ki, bu, onların son günü ola bilər”, Obama vurğulayıb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM