Əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama CBS telekanalının efirində bəyan edib. “Rusiya Krımı ilhaq etməklə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub. Hazırda isə Ukraynanın şərqində Rusiyaya meylli qüvvələri dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə separatistlər Ukraynada vəziyyəti gərginləşdirir. Rusiya Ukraynadakı hərəkətlərinə davam edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq olunacaq" – deyə Obama bildirib. Bununla belə, ABŞ prezidenti bir daha Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü vurğulayıb . “Rusiya Amerika ilə qarşıdurmada maraqlı deyil, bizdə münaqişə tərəfdarı deyilik. Sadəcə biz əlimizdən gələni edirik ki, Ukrayna kimi dövlətlər öz coğrafi qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşasınlar ”- ABŞ prezidenti qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !